تبلیغات
ÖGEY KÖLGƏ - ÖGEY KÖLGƏ - ...
ÖGEY KÖLGƏ MƏNİ BİR GÖZƏL GÜNDƏ kÖLGƏM BOĞACAQ
... yazar : behruz ismailzadə







Böyüyüb bu körpə ilan balası

gah o başa, gah bu başa sürünür

Sevinir udduğu havaya, suya

Torpağa sevinir,daşa sevinir

Bir sevgi həvəsi dolur canına

Gecələr gözünün itir yuxusu

Çiçəyin qoxusu

otun qoxusu

Küləyin nəfəsi dolur canına

Özündən xəbərsiz

səssiz-səmirsiz

Zəhərə çevrilir canında hər şey

Bu ilan balası bir vaxt

Canında

gizlənən zəhərdən xəbər tutacaq

Bəlkə qarğıyacaq

baxtını onda

Bəlkə boğazını

qəhər tutacaq

Ağlama, ağlama, ilan balası

Baxtını qarğıma, ilan balası

Bu da bir ömürdü

dözəsən gərək

Beləymiş taleyin əmri, buyruğu

Döşünün altında

sevən bir ürək

Dişinin altında

zəhər tuluğu

Görənlər çığırar

- İlan var, ilanh

Qovduqca qovarlar səni dünyada

Hər yandan kəsilər

yolun-yolağın

Tək bircə yol qalar sənə dünyada

Başından

quyruğunacan

Zəhərli dişindən

Quyruğunacan

Tək bircə yol qalar

o yol özünsən

Özün öz yolunsan, ilan balası

Hara qaçacaqsan

göz qabağından

Bu zalım dünyaya neyləyəcəksən

Yüz yol çıxacaqsan

öz qabığından

Özündən ayrıla bilməyəcəksən

Öyrən

yavaş-yavaş özünə öyrən

Dünyanın hər cürə üzünə

öyrən

Barış canındakı zəhərli dərdlə
iyrənmə özündən, ilan balası

Bəlkə də, ən acı həqiqət elə

sənsən yer üzündə, ilan balası

Sənsən haqqın yolu bu yer üzündə

tanrı özü seçib bu yolu bəlkə

Yüz cür sifətiylə, yüz cür üzüylə

dünya səndən keçib durulur bəlkə






RAMİZ RÖVŞƏN

görüş
mətləblər
yazar
.
bugün
dün
geçən ay
bütün görüşlər
son görüş
qonülar